Azərbaycanın hüquq müdafiəçiləri, media nümayəndələri, ictimai-siyasi xadimləri, partiya liderləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına MÜRACİƏT göndəriblər.
News365.az xəbər verir ki, müraciətdə deyilir:
“Cənab Prezident!
“Xural” Media Yayınları Qrupunun rəhbəri Əvəz Zeynallı 2022-ci ilin sentyabrında həbs olunub. Həbsdə olduğu müddətdə onun səhhətində ciddi problemlər yaranıb. Təxminən il yarım əvvəl gözündə ciddi əməliyyat aparılıb. Digər gözündə əməliyyat aparılmasına həbsxanada olduğu üçün həkimlər etiraz ediblər.
Bu günlərdə isə, müayinə olunduğu Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində ona bədxassəli xərçəng diaqnozu qoyulub: «Metastatik Colon (yoğun bağırsaq) Canceri (qara ciyərə metastazla)» . Bu vəziyyət (yəni uzaq metastazların olması) şişin irəli inkişaf etmiş (advanced) və yayılmış stadiyasıdır.
Cənab Prezident!
Yaranmış situasiyada Əvəz Zeynallının səhhəti ilə bağlı qoyulmuş diaqnozun kifayət qədər ciddiliyini, həyatının təhlükədə olmasını, yetərincə peşəkar müayinə və müalicəyə ehtiyac yarandığını , bu proseslərinin isə həbsxana şəraitində aparılmasının mümkünsüzlüyünü diqqətinizə çatdırmaq istəyirik.
Əvəz Zeynallının səhhətinin kifayət qədər ciddi təhlükə altında olmasını, onun müsbət reputasiyasını, ictimai faydalılıq əmsalını, ailəli olmasını və şəxsiyyət göstəricilərini nəzərə almaqla onun həbs qətimkan tədbirinin dəyişdirilməsini və azadlığa buraxılmasına göstəriş vermənizi Sizdən xahiş edirik.
Əvəz Zeynallı bütün şüurlu ömrünü Azərbaycana, onun dəyərlərinə, Azərbaycan xalqının maarifləndirilməsinə sərf edib.
Azərbaycanda fəaliyyət göstərdiyi 30 il müdfətində hər zaman Azərbaycan dövlətinin maraqlarına xidmət edib, dövlətin təməlinə zərər vuran ünsürlərlə mübarizə aparıb.
Cənab Prezident!
Əvəz Zeynallının 2 qızı var. Onlardan biri Danimarkanın Aarhus universitetinin jurnalistika fakultəsini bitirmək üzrədir. Türkiyə Təhsil Nazirliyi növbəti tədris ilində Londonda təhsil alması üçün ona şans tanıyıb. İkinci qızı isə İstanbul Universitetinin Tibb fakultəsinin bu il məzunu olacaq.
Cənab prezident!
Siz, Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dəfələrlə humanistlik göstərərək, minlərlə məhkumu əfv etmisiniz, insanlara növbəti şans tanımısınız!
İnanırıq ki, Əvəz Zeynallının həbsdən azad edilməsi və müalicəsinin lazımi səviyyədə aparılması üçün müstəsna səlahiyyətlərinizdən istifadə edərək, onun azadlığa buraxılması ilə bağlı lazımi göstərişi verəcəksiniz.
Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk.
14.04.2025
Novella Cəfəroğlu – Hüququ müdafiəçisi
Səadət Bənənyarlı – Hüquq müdafiəçisi
Arzu Abdullayeva – Hüquq müdafiəçisi
Səidə Qocamanlı – Hüquq müdafiəçisi
Dilarə Əfəndiyeva – Hüquq müdafiəçisi
Hilal Məmmədov – Hüquq müdafiəçisi
Fikrət Cəfərli – Hüququ müdafiəçisi
Vüqar Məmmədov -“Hürriyyət” Media Qrupunun rəhbəri
Mehman Əliyev – jurnalist
Zaur Qəriboğlu – “Reaksiya” Media Qrupunun rəhbəri
Rauf Arifoğlu –“ Yeni Müsavat” MQ-nun rəhbəri
Sevil Nuriyeva – media nümayəndəsi
Azər Həsrət – Hüquq müdafiəçisi, Əməkdar jurnalist
Elçin Zahiroğlu – jurnalist
İkram Rəhimov – jurnalist
Ceyhun Musayev – jurnalist
Ləman Ələşrəfqızı – Əməkdar jurnalist, LAF TV internet kanalının həmtəsisçisi
Şirin Cəfəri – “Gündəm Xəbər” MQ-nun rəhbəri
Nəsimi Şərəfxanlı – “Cümhüriyyət” MQ-nun rəhbəri
Zülfüqar Savaş – Savash.org saytının rəhbəri
Murad Köhnəqala – yazıçı, jurnalist
Aygün Muradxanlı – Prime TV youtube kanalının həmtəsisçisi
Şahin Nəcəfov – Prime TV youtube kanalının həmtəsisçisi
Kamran Həsənli – aparıcı jurnalist
Rüstəm Behrudi – Şair
Niyaz Niftiyev – Tarixçi, jurnalist
Elxan Şükürlü – jurnalist
Fadil Paşayev – Konkret az saytının rəhbəri
Bəhram İsmayıl – ABP sədri
Pənah Hüseyn – Azərbaycan Xalq Partiyasının sədri
Mirmahmud Mirəli oğlu – Klassik Xalq Cəbhəsi Partiyasının sədri
Fərəc Quliyev – Milli Demokrat Hərəkatı Partiyasının sədri
İqbal Ağazadə – Ümid Partiyasının sədri
Qorxmaz İbrahimli – MHB rəhbəri
Başxanım Abbasova – Şəhid Teymur Abbasovun anası
Səbirə Mahmudova – veteran jurnalist
Elçin Həsənzadə – Hüquq müdafiəçisi
İlqar Hüseynli – “Xural” Media Qrupunun əməkdaşı