Dağıstanda yeni doğulmuş körpənin satışı ilə bağlı sövdələşmənin üstü açılıb. Ana doğum evindən çıxandan dərhal sonra övladına görə 500 min rubl alıb. Bu barədə Mash Gor Telegram kanalı məlumat yayıb.
Telegram kanalının məlumatına görə, 2024-cü ilin dekabrında 24 yaşlı Dağıstan sakini doğuşdan dərhal sonra körpəsini 40 yaşlı qadına təhvil verib: "Bunun əvəzində isə ana yarım milyon qazanıb. Bir müddət sonra həmin şəxslər uşaq üçün sənədləri hazırlamağa çalışsalar da, mütəxəssislər saxtakarlıqdan şübhələnərək polisə müraciət ediblər. Hər iki qadın günahlarını tamamilə etiraf edib. Uşağı pul ilə alan öz hərəkətlərini övladının olmaması, gələcəkdə də övlad sahibi olmaq potensialının mümkünsüzlüyü ilə izah edib. Övladını satan ana isə çətin maliyyə vəziyyətindən danışıb".
Dörd aylıq körpə müvəqqəti olaraq dövlət himayəsinə verilib.
Tural