Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen diqqət çəkən fikirlər səsləndirib. O, TV2-yə açıqlamasında deyib ki, rəsmi Kopenhagen ABŞ NATO-dan çıxacağı təqdirdə, Danimarka ərazisində Amerika hərbçilərinin olması ilə bağlı Vaşinqtonla imzaladığı müdafiə sazişini ləğv edə bilər.
“ABŞ NATO-nu tərk edərsə, Danimarka Amerika hərbçilərinin bizim torpaqlarda olması ilə bağlı razılaşmanı ləğv edə bilər”, - bəyanatda deyilir.
Eyni zamanda, Danimarka XİN rəhbəri belə hesab edir ki, ABŞ-nin NATO-dan tezliklə çıxmasını göstərən heç bir əlamət yoxdur.
Tural