Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bir neçə otelin ərazisinə neft sızması baş verib. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Telegram kanalının məlumatına görə, rusiyalı turistlər dənizdən beş kilometr aralıda kəskin qoxudan şikayətləniblər.
"Neft Novotel Fujairah, Al Bahar Hotel & Resort və Ibis Fujairah otellərinin sahillərinə qədər gəlib çıxıb. Birləşmiş Ərəb Əmirliklərində istirahət edənlər deyirlər ki, dəniz kənarındakı qızılı qumlar azalır".
Qeyd olunub ki, çimərliklər cümə günü təmizlənməyə başlayıb. Lakin bundan sonra yeni mazut axıntıları qeydə alınıb. Çimərliklərin tamamilə təmizlənməsi üçün ən azı bir neçə gün lazım olacaq.
Tural