İspaniya hökuməti ABŞ administrasiyası ilə buzları qırmağa çalışır

İspaniya hökuməti ABŞ administrasiyası ilə buzları qırmağa çalışır
14 Apr 2025 14:18

İspaniyanın solçu azlıq koalisiya hökuməti ABŞ prezidenti Donald Tramp administrasiyası ilə son vaxtlar gərginləşən münasibətləri yaxşılaşdırmaq üçün səylərini artırıb.

News365.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya İqtisadiyyat, Ticarət və Şirkətlər Naziri Karlos Kuerpo Trampın yeni gömrük rüsumları ilə başlatdığı ticarət müharibəsinin ardından sabah Vaşinqtona gedəcək.

Kuerpo ABŞ-yə edəcəyi səfərlə bağlı Madriddəki bir qrup xarici jurnalistə verdiyi açıqlamada belə deyib:

“ABŞ və İspaniya arasındakı münasibətləri gücləndirmək üçün ABŞ-yə gedirik".


Sizin reklam burada
Sizin reklam burada