Sumıya raket zərbəsi zamanı briqada komandiri öldürülüb

Sumıya raket zərbəsi zamanı briqada komandiri öldürülüb
14 Apr 2025 14:05

Rusiya hərbçiləri Sumıya hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin (VSU) 27-ci artilleriya briqadasının komandiri, polkovnik Yuri Yulanı öldürüblər. Bu barədə Jitomir vilayətinin Berdiçev şəhər şurası Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. O qeyd edib ki, həmin şəxs 2023-cü ildə briqada komandiri vəzifəsinə təyin edilib. Bundan əvvəl o, Ukrayna Silahlı Qüvvələrinin 26-cı artilleriya briqadasının komandir müavini olub.

Xatırladaq ki, dünən səhər saatlarında Rusiya ordusu içərisində kaset mərmiləri olan raketlərlə Suminin mərkəzinə zərbələr endirib. Son məlumatlara görə, hücumda ikisi uşaq olmaqla 34 nəfər həlak olub. Yüzdən çox insan yaralanıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural

Sizin reklam burada
Sizin reklam burada