"İran sualtı qayıqlarını ortaya çıxarır, ABŞ isə təyyarədaşıyan gəmilərini"- Fərəc Quliyev

"İran sualtı qayıqlarını ortaya çıxarır, ABŞ isə təyyarədaşıyan gəmilərini"- Fərəc Quliyev
14 Apr 2025 12:30

"Məncə bu məsələnin kökündə duran əsas səbəblərdən biri İranla Amerika arasında olan münasibətlərdir. Bundan əvvəl burada ABŞ-la birgə hərbi təlimlər keçirilmişdi. İndi isə İranın bölgəyə gəlməsi o deməkdir ki, bu ölkə regionda daha çox söz sahibi olmaq istəyir. Bu isə Məhdi Ovaq kimi şəxsləri qıcıqlandırır, çünki onlar başqa bölgələrdən bura gəlmələrinə qarşıdırlar."

Milli Məclisin deputatı Fərəc Quliyev bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Baxmayaraq ki, bu gün hər iki tərəf – yəni İran və ABŞ – Omanda danışıqlar aparıblar, bununla paralel şəkildə bir-birlərinə güc nümayiş etdirirlər. Məsələn, İran sualtı qayıqlarını ortaya çıxarır, ABŞ isə təyyarədaşıyan gəmilərini Diego Qarsiya adasına toplayır və bu, İran üçün ciddi mesajdır.

Tramp dövründə də açıq şəkildə bəyan olunmuşdu ki, əgər iki ay ərzində məsələlər həll olunmasa, hərbi güc tətbiq olunacaq. Bu vəziyyət həm də Azərbaycana qarşı sayğısızlıq kimi qiymətləndirilə bilər.

Məsələn, siz bu sualı verəndə fikir vermək olar ki, o dövrdə  bu cür addımlar bizə qarşı atılırdı və sanki Azərbaycana qarşı bir təzyiq siyasəti yürüdülürdü. Bu həm də Ermənistan tərəfinin mövqeyini gücləndirən, ona hərbi dəstək verən bir yanaşmadır. O zaman bölgədə birgə təlimlər keçirilirdi.

İkinci məsələ ondan ibarətdir ki, İran daim bəyan edirdi ki, Ermənistan–Azərbaycan münasibətlərində ərazi məsələləri onun üçün “qırmızı xətt”dir."


Sizin reklam burada
Sizin reklam burada