Prospektdə nəqliyyatın hərəkəti bərpa olundu - FOTOLAR

Prospektdə nəqliyyatın hərəkəti bərpa olundu - FOTOLAR
17:26

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti bərpa olunub.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, əsas yol üzrə qazılmış hissəsinin bərpası istiqamətində müvafiq işlər qısa müddət ərzində həyata keçirilərək, hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

Qeyd edilib ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin “Koroğlu” metrostansiyası istiqamətində olan hissəsinin altından keçən su borusunda qəzanın baş verməsi idi. 


Sizin reklam burada
Sizin reklam burada