Rusiyada nadir raket ərsəyə gətirilib. Yerli medianın yaydığı xəbərə görə, çelyabinskli dizayner Aleksandr Rodikov videokameradan istifadə etməklə kosmosda hərəkət edə və hədəfi özü tapa bilən raket yaradıb. Bu dünyada ilk belə raket sayılır.
Tərtibatçının sözlərinə görə, o, yerdən və təyyarədən buraxıla bilər.
“Bizim hazırladğımız raketin dünyada analoqu yoxdur... Biz uğurla idarə edilən xüsusi başlıqlı, “İqla”nın çəkisinin yarısı qədər olan və istehsalda olan bütün mövcud raketlərdən dəfələrlə ucuz bir idarə olunan raketi yaratdıq”, - Rodikov bildirib.
O, əlavə edib ki, videokamera sayəsində raket tam radio səssizliklə hədəfinə doğru uçur. Eyni zamanda, raket relyefi izləyərək, mümkün olan ən aşağı hündürlükdə məsafələri qət etməyə qadirdir.
Tural