Yəhudi lobbisi ABŞ liderini savaşa məcbur durumda buraxır?- Tural İrfan yazır
Siyasət
20 İyl 2026 09:49
Çox təəssüf ki, ABŞ və İran arasındakı danışıqlar müsbət nəticələrini ortaya qoymamış savaş yenidən körüklənir. Tərəflər bir-birinə qarşı hava hücumu həyata keçirir. İran hətta Suriya, Kuveyt, İordaniya, İraqdakı ABŞ bazalarını hədəf alır, tələfatın olduğu deyilir. Öz növbəsində ABŞ hava qüvvələri də İrana zərbələr endirir. Suriyanı Hizbullahla toqquşdurmağa cəhd edirlər. Şübhə yoxdur ki, bu qarşıdurma Yaxın Şərqə, ümumilikdə regiona mənfi təsirini göstərəcək. Çoxşaxəli, mürəkkəb bir vəziyyət yaranıb. Amerikalı analitiklər qeyd edir ki, ABŞ prezidenti qərarları çox məhdud çevrədə qəbul etdiyi üçün ziddiyətlər yaranıb. Hətta vitse-prezident özünü müharibə əleyhdarı kimi təqdim etməklə əhali arasında siyasi xal qazanmağa çalışır. Trampın çox məhdud çevrədə gözlənilməz qərarları ümumiyyətlə proseslərin sonunu proqnozlaşdırılması çətin olan bir duruma gətirib çıxarıb.
İranda da məlumdur ki, hakimiyyət daxilində mühafizəkar və savaş, qisas tərəfdarı olanlar daha çoxdur. ABŞ bazalarının olduğu ərəb ölkələrinə endirilən zərbələr bu zümrənin qəzəbin artdığını göstərir.
Təəssüf ki, İran tərəfdən sülh və diplomatiya tərəfdarı olan cəbhə mühafizəkarlar tərəfindən təcrid edildi və danışıqlarda kompromisə gedilmədi. Danışıq aparan siyasilərə təsir və təziq açıq sezilirdi. Eyni zamanda ABŞ administrasiyası sanki fərqli üsulu-idarə sisteminə keçib. Keçmiş imperiyalar kimi qərarları ya kral ya da yanındakı bir-iki adamla birlikdə yenə kral verir. Çünki ABŞ-da kifayət qədər müharibə əleyhdarı var. Hətta hökumətdə də İranla bağlı problemin həllində fikir ayrılığı mövcuddur. Görünür İsrail təsiri və lobbinin fəaliyyəti ABŞ liderini savaşa bir növ məcbur durumda buraxır.
Lakin ötən müharibədə İranda məktəbin vurulması və digər dinc sakinlərin həlak olması ilə müşahidə olunan zərbələr ABŞ administrasiyasının ünvanına bəzi suallar yaratdı. İranın ABŞ bazalarını vurması məlumdur ki, Vaşinqtonun əvvəlcədən hazır olduğu və gözlədiyi məqamdır. Amma İranda qeyri - hərbi infrastrukturun vurulması, hakimiyyətin deyil, əsasən əhalinin vəziyyətinin ağırlaşmasına səbəb olan hücumların icra edilməsi anlaşılmazdır. Sanki ABŞ hava qüvvələrini də İsrial idarə edir.
Hər bir halda müqəddəs hesab olunan nöqtələri, məscidləri, dinc əhalini, əhaliyə xidmət edən infrastrukturu bombalamaq müharibə qanunlarına ziddir və qeyri-insani addımdır.