Yardımlıda iranlı narkotacirlərdən 30 kq marixuana aşkarlanıb

Yardımlıda iranlı narkotacirlərdən 30 kq marixuana aşkarlanıb
10:18

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsi və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən İran vətəndaşları polisin əməliyyatı nəticəsində saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  News365.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılan 23 yaşlı Hauri Qədirpuri və 26 yaşlı Süleyman Xezridən 30 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mütəşəkkil dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada