Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına verdiyi müsahibədə Suriyadakı vəziyyəti şərh edib.
News365.az xəbər verir ki, O bildirib ki, Qərb mediasının iddialarının əksinə olaraq, Moskva Suriyada heç kimə xəyanət etməyib və baş verənlər Suriya Ərəb Respublikasının daxili işləri çərçivəsində qiymətləndirilməlidir.
Lavrov vurğulayıb ki, hazırda Rusiya ilə Suriya arasında yeni hakimiyyətlə sabit və normal münasibətlər mövcuddur. O əlavə edib: "Əgər kimsə Rusiyanın tərəfdaşlarını tək qoyduğunu iddia edirsə, bariz nümunələr göstərməlidir".
News365.az