Tokat Bələdiyyə Başçısı Mehmet Kemal Yazıcıoğlu’nun vətəndaşları qəbul etdiyi vəzifə otağında dinləmə cihazı aşkar edilib.
News365.az xəbər verir ki, bələdiyyədən verilən açıqlamada bildirilib ki, Canikli Konağı’nda baş tutan təhlükəsizlik yoxlaması zamanı cihaz tapılıb və vəziyyət dərhal aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına bildirilib. Tokat Cumhuriyyət Baş Prokurorluğu və İl Emniyyət İdarəsinin Kiber Cinayətlərlə Mübarizə Şöbəsi koordinasiyasında zəruri hüquqi və texniki prosedurlar başlanılıb. Bina təhlükəsizlik altına alınıb və müvafiq sahələrdə ətraflı araşdırmalar aparılır.
Yazıcıoğlu açıqlamasında bildirib ki, vəzifəyə başladığı ilk gündən etibarən şəxsən özünə və Bələdiyyəyə qarşı planlı dezinformasiya və böhtan kampaniyaları davam edir. O vurğulayıb ki, dinləmə cihazı onun vətəndaşlarla açıq və şəffaf əlaqəsinə mane ola bilməz:
"Bu vəzifə otağı Tokatlılara aiddir. Şükürlər olsun ki, otağımızın qapısını heç vaxt bağlamadıq, həmvətənlərimizi daim qonaq etdik. Heç bir sosial media hücumu, böhtan, dinləmə cihazı və ya kibercinayətkarlıq bizi Tokat sevgisi yolundan döndərə bilməyəcək. Algı əməliyyatları və hücumlar Türk xalqının vicdanında heç bir dəyər daşımır. Biz xidmət yolumuza davam edəcəyik."
Baş Prokurorluğun başladığı cinayət işi çərçivəsində araşdırmalar davam edir və Yazıcıoğlu bütün hücumların arxasında kim olursa olsun ədalət qarşısında cavab verəcəyini bildirib. O, Tokat Bələdiyyəsinin şəffaflıq və doğru dəyərlərindən heç vaxt vaz keçməyəcəyini əlavə edib.
News365.az