Tofiq Yaqublu, Elçin Əmiraslanov və Nardaran məhbusları azadlığa çıxa bilər

Tofiq Yaqublu, Elçin Əmiraslanov və Nardaran məhbusları azadlığa çıxa bilər
12:52

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü cəmiyyətdə geniş müzakirələrə səbəb olub. İlkin məlumatlara görə, amnistiya aktı təxminən 20 min nəfəri əhatə edəcək.

Bəs, amnistiyadan ilk olaraq kimlər yararlana bilər? Tanınmış şəxslərin azadlığa buraxılması gözlənilirmi?

Mövzu ilə bağlı  hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, amnistiya cəmiyyətdə uzun müddətdir gözlənilirdi və bu qərarla bağlı böyük ümidlər var.

Onun sözlərinə görə, amnistiya aktının siyasi motivlərlə həbs edilən şəxslərə də şamil olunması vacibdir:

“Ümid edirik ki, bu amnistiya siyasi motivlərlə tutulmuş partiya fəalları, bloqerlər, jurnalistlər, həmçinin müharibədə iştirak etmiş şəxslərə şamil ediləcək. Tofiq Yaqublu, ömürlük həbsdə olan Elçin Əmiraslanov, Nardaran işi üzrə həbs edilmiş dini şəxslər və digər bir çox insanın azadlığa çıxmasını gözləyirik”.

Novella Cəfəroğlu vurğulayıb ki, amnistiya Konstitusiya və Suverenlik İlində, eləcə də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində elan olunarsa, bu, minlərlə ailəyə sevinc bəxş edər:

“Cəzasının bitməsinə 1–2 ili qalan şəxslərin də amnistiyaya düşməsi mümkündür. Bu addım bütövlükdə Azərbaycanda böyük sevinc yarada bilər. Kənardan heç kim bizə söz deyə bilməsin. Biz bir yerdə güclüyük. Bu qərar cəmiyyətimizi daha da sıx birləşdirəcək və Vətənə, dövlətə qarşı heç bir qüvvə təsir göstərə bilməyəcək”./// KONKRET.az


Sizin reklam burada
Sizin reklam burada