Bakının axtarışa verdiyi Abbasov kimdir? - FOTO

Bakının axtarışa verdiyi Abbasov kimdir? - FOTO
11:22

Xəbər verdiyimiz kimi, baş nazirin sabiq birinci müavini Abbas Abbasov “Mehdiyev işi” çərçivəsində axtarışa verilib.

News365.az xəbər verir ki, Abbas Abbasovla bağlı ilginc məlumatlar əldə edilin.

Əvvəlcə qeyd edək ki, Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olub.

1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Həmin il Respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlayıb. 1972–1973-cü illərdə hərbi xidmətdə olub.

1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979–1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983–1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990–1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri vəzifələrində işləyib.

1990–1995-ci ildən Azərbaycan Respublikasının xalq deputatı olub.

1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olub.

2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

Bakının axtarışa verdiyi Abbasov kimdir? - İlginc məqamlar+FOTO

İstefaya çıxandan sonra Azərbaycanı tərk edərək Rusiyaya köçüb. Burada əvvəlcə yaxın dostu, “AST Şirkətlər Qrupu”nun prezidenti Telman İsmayılovun yanında fəaliyyətə başlayıb, şirkətin vitse-prezidenti təyin olunub.

2013-cü ildə Rusiya Xalqları Assambleyasının 6-cı qurultayında Assambleya Şurası sədrinin müavini seçilib. Bu dönəmdə onun Azərbaycana münasibətinin dəyişməsi haqda xəbərlər yayılıb.

Sərbəst güləş üzrə idman ustası olan A.Abbasov 15 il Azərbaycan Güləş Federasiyasına rəhbərlik edib.

Ailəlidir, 4 övladı var.

Oğlu Aydın Abbasov Gəncə şəhərinin III və IV çağırış deputatı olub.

Aydın Abbasov daha əvvəl Türkiyənin “Rəis” ləqəbli kriminal avtoriteti Sedat Pekerlə dostluğu ilə gündəmə gəlib. Onların biznes və digər məsələlərlə bağlı mütamadi olaraq bir araya gəldikləri yazılır. Görüşlərdə AST Telmanın da iştirak etdiyi vurğulanır.


Sizin reklam burada
Sizin reklam burada