Xəzər rayonunda yol problemi böyüyür: Sakinlər kömək gözləyir - VİDEO

Xəzər rayonunda yol problemi böyüyür: Sakinlər kömək gözləyir - VİDEO
12:04

Xəzər rayonunun Binə qəsəbəsində yağan güclü yağışlardan sonra yollar yararsız vəziyyətə düşüb.

News365.az xəbər verir ki, nəticədə ərazidə gediş-gəliş xeyli çətinləşib.

Sakinlərin sözlərinə görə, yolun bərbad vəziyyətdə olması uşaqların məktəbə getməsinə mane olur, təcili tibbi yardım maşınları isə qəsəbəyə daxil olmaqda çətinlik çəkir. Bildirilir ki, yolun bərpası ilə bağlı müəyyən işlər aparılsa da, proses olduqca ləng gedir.

Qəsəbə sakinləri yaranmış problemin tez bir zamanda aradan qaldırılması üçün aidiyyəti qurumlara müraciət edərək, məsələyə operativ şəkildə baxılmasını xahiş edirlər.

News365.az videonu təqdim edir:


Sizin reklam burada
Sizin reklam burada