Yaponiya niyə bu qədər təmizdir?

Yaponiya niyə bu qədər təmizdir?
27 May 2025 18:59

Küçələrində zibil olmayan Yaponiyanin bu cür təmiz olmasının 3 əsas səbəbi var. 


News365.az xəbər verir ki Yaponiyaya gedən turistləri ilk təəccübləndirən şeylərdən biri küçələrdə zibil qablarının olmaması və buna baxmayaraq, küçələrin çox təmiz olmasıdır.


İlk baxışdan bir az məntiqsiz görünən bu məsələnin 3 əsas və məntiqli səbəbi var.


1995-ci ildə Tokio metrosunda baş verən ter*or hadisəsi. Bu hadisədən sonra təhlükəsizlik tədbirlərini artırmaq üçün bir çox zibil qabı küçələrdən və metrodan yığışdırıldı. Çünki zibil qablarında təhlükəli partlayıcı və s. vasitələr gizlədilə bilərdi. Zaman keçsə də, bu təhlükəsizlik tədbiri ləğv edilmədi.



İnsanların evində zibilləri daha asan çeşidləməsi. Zibilləri bir neçə çeşidə ayıra biləcəyiniz zibil qabları var, düzdür. Amma yenə də tam detallı çeşidləmə mümkün olmur. Müxtəlif zibillər bir-birinə qarışır. Amma yaponlar evdə zibillərini daha yaxşı çeşidləyirlər. Bu ölkədə zibillərin çeşidlənməsi və düzgün emalı çox ciddi qaydalarla tənzimlənir. 



Mədəniyyət və təhsil. Yapon mədəniyyətində ən çox hörmət edilən və dəyərləndirilən dəyərlərdən biri cəmiyyət ilə harmoniya təşkil etmək, ona uyğun davranışlar göstərməkdir. Yaponlar ictimai məkanlara qarşı fərd olaraq çox həssas yanaşırlar. Yapon məktəblərində bu mövzuda təbliğatlar çoxdur. Bunlardan biri məktəblərdə təmizlik işçilərinin olmaması, uşaqların lap balaca vaxtlardan oxuduqları məktəbi özlərinin təmizləməsidir. 


Sizin reklam burada
Sizin reklam burada