Yandaş jurnalist “Türk” deməyi unutdu: Tənqid olundu

Yandaş jurnalist “Türk” deməyi unutdu: Tənqid olundu
16 İyl 2025 16:22

Hakimiyyətə yaxınlığı ilə tanınan Hüseyn Taha Karagözün sosial mediada etdiyi paylaşımda “Türk” ifadəsini işlətməməsi geniş tənqidlərə səbəb olub. O, “Kuzey Kıbrıs Türk Cumhuriyeti” (KKTC) ifadəsi əvəzinə yalnızca “Kuzey Kıbrıs” yazaraq “Türk” sözünü istifadə etməyib. Paylaşım ictimaiyyətdə qınaqla qarşılanıb.

Karagözün paylaşımı ilə bağlı hələlik heç bir açıqlama və ya düzəliş yayımlanmayıb.

Qeyd edək ki, Hüseyn Taha Karagöz son günlərdə daha bir sosial media paylaşımı ilə də gündəmə gəlmişdi. O, yayımladığı videoda keçmiş Baş nazir müavini Bülənt Arıncın CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunun mümkün həbsi ilə bağlı səsləndirdiyi fikirləri paylaşmışdı.

Arınç videoda bu sözləri demişdi:

“Siyasi səbəblərlə həbs olmamalıdır. Bunu vaxtilə Səlahəddin Dəmirtaş üçün də demişdim. Esenyurtdan başlayaraq hamısı üçün əvvəlcə ittiham aktı yazılır, sonra məhkəmə qərarı verilir. Tutulma və digər məsələlər ondan sonra dəyərləndirilə bilər. Böyükşəhər bələdiyyə sədrinin məhkəməsi əsasən həbs olunmadan aparılmalıdır.”


Sizin reklam burada
Sizin reklam burada