“Şuşa Teatrnda hazırda direktor vəzifəsini müvəqqəti olaraq Azad Məmmədov icra edir”.
Bu barədə Şuşa Dövlət Musiqili Dram Teatrndan məlumat verilib.
Hələlik boş qalmış vəzifəyə yeni təyinat olmayıb:
“Təyinatın nə vaxt olacağı haqqında məlumatımız yoxdur. Hələlik hər şey Mədəniyyət Nazirliyinin verəcəyi qərardan asılıdır. Hər şey onlardan gələcək xəbərə bağlıdır.
Teatrın da Şuşaya köçürülməsi haqqında hələlik heç bir fikr bildirilməyib”.
Xatırladaq ki, Şuşa Dövlət Musiqili Dram Teatrnda direktor vəzifəsini mərhum Əməkdar artist Yadigar Muradov icra edirdi. O, noyabrın 18-də onkoloji xəstəlikdən vəfat edib.