Daxili qanaxma səbəbilə xəstəxanaya yerləşdirilən və reanimasiyada müalicə alan aktyor Murat Cemcir ən son görüntüsünü paylaşıb.
Bərbərə gedən məşhur aktyorun gümrah görüntüsü pərəstişkarlarını sevindirib.

Murat Cemcir bir neçə həftə əvvəl evində qəfil halı pisləşdikdən sonra xəstəxanaya aparılmış, aparılan müayinələr nəticəsində onun daxili qanaxma keçirdiyi müəyyən edilmişdi. Reanimasiyaya yerləşdirilən Cemcirin müalicəsi 3 gün davam edib. Səhhəti stabilləşən aktyor adi palataya köçürülüb. Sonradan evə buraxılıb.
"Çalgı Çengi", "Düğün Dernek", "Ailecek Şaşkınız" və "Kardeş Payı" kimi layihələrlə tanınan 49 yaşlı aktyorun səhhətinin hər keçən gün daha da yaxşılaşdığı qeyd olunur.