İranın Neyşabur şəhərində fəaliyyət göstərən bir həkim CNN-ə audiomesaj yollayıb.
Həkim İran təhlükəsizlik qüvvələrinin dünən azı 30 nəfərə atəş açdığını bildirib.
O qeyd edib ki, güllənənlər arasında uşaqlar da var: "5 yaşlı uşaq anasının qucağında ikən güllələnib".
Həkim toqquşmalar nəticəsində çoxlu yaralıların olduğunu deyib: "Xəstəxanalar son dərəcə xaotikdir və xəstələr qəbul olunmaqdan və şəxsiyyətlərini müəyyənləşdirməkdən qorxurlar. Bu səbəbdən insanları məlumatlandırmağa və klinikalarda özəl müalicə etməyə çalışırıq”.