İtlər insanların söhbətlərini dinləyərək yeni sözlər öyrənirlər - ARAŞDIRMA

İtlər insanların söhbətlərini dinləyərək yeni sözlər öyrənirlər - ARAŞDIRMA
09:00

Bəzi itlər sahiblərinin söhbətlərini dinləyərək yeni sözlər öyrənirlər.

Bu barədə "Associated Press" agentliyi macar alimlərinin araşdırmasına istinadən məlumat yayıb.

Əvvəllər istedadlı itlərin sahibləri ilə oynayarkən oyuncaqların adlarını xatırlaya bildikləri məlum idi. İndi isə heyvanların sadəcə söhbətləri dinləyərək sözləri öyrənə bildikləri aşkar edilib.

Məlumata görə, elmi təcrübədə on it iştirak edib. On itdən yeddisi sadəcə sahiblərinin söhbətlərini dinləyərək yeni oyuncaqların adlarını uğurla öyrənə bilib.


Sizin reklam burada
Sizin reklam burada