Tailandda yaraqlılar 11 yanacaqdoldurma məntəqəsini partladıblar

Tailandda yaraqlılar 11 yanacaqdoldurma məntəqəsini partladıblar
08:52

Tailandın cənubunda yaraqlılar PTT neft-qaz şirkətinin 11 yanacaqdoldurma məntəqəsində partlayıcı qurğuları işə salıblar və yanğın törədiblər.

Bu barədə "One 31" telekanalı xəbər verib.

11 yanvarda Narathivat, Pattani və Yala əyalətlərində bir sıra koordinasiyalı partlayışlar və yanğınlar baş verib. Bir polis əməkdaşı yaralanıb. Təcili yardım xidmətləri hücumların fəsadlarını aradan qaldırmağa başlayıb, təhlükəsizlik qüvvələri isə yüksək hazırlıq vəziyyətinə gətirilib.

Yerli hakimiyyət orqanları hücumlarla bağlı araşdırmaya başlayıb.



Sizin reklam burada
Sizin reklam burada