XİN-dən ABŞ səfirliyinə cavab

XİN-dən ABŞ səfirliyinə cavab
23 Dek 2024 20:45

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib.


News365.az xəbər verir ki, bu barədə Ayxan Hacızadə X hesabında paylaşım edib.


'Bir sözlə, özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur.


Görünən odur ki, ABŞ-ın indiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür, xəyali və mifik iddialar üzərində dayanır", - Ayxan Hacızadə vurğulayıb.


Qeyd edək ki, ABŞ səfirliyi AzTV-nin tənqidi süjetinə reaksiya vermişdi


Sizin reklam burada
Sizin reklam burada