Füzulidə qəza: ölən və xəsarət alanlar var

Füzulidə qəza: ölən və xəsarət alanlar var
13:51

Füzulidə avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar var.

News365.az xəbər verir ki, hadisə rayonun Mirzəcamallı kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilli idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində ölüb.

Avtomobildə olan digər şəxslər-İsgəndərov Məhəmməd Məmməd oğlu, Babayev Səxavət Niyaz oğlu, Hüseynova Ruhiyyə Sabir qızı ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Report)


Sizin reklam burada
Sizin reklam burada