Rusiyada bir gündə 11 ayı öldürülüb

Rusiyada bir gündə 11 ayı öldürülüb
16:31

Rusiyanın İrkutsk vilayətində son 24 saat ərzində insan həyatı üçün təhlükə yaradan 11 ayı öldürülüb.

News365.az xəbər verir ki, "TASS"ın məlumatına görə, bunu İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bildirib. Onun sözlərinə görə, ayıların insanlara hücumları bölgədə son dövrlərdə ciddi narahatlıq yaradıb.

Qubernator qeyd edib ki, öldürülən ayıların beşi Bratsk rayonunda, ikisi Nijneudinsk, ikisi Kirensk, ikisi isə Slyudyansk rayonunda olub. Ümumilikdə, 2026-cı ilin əvvəlindən İrkutsk vilayətində 191 ayı öldürülüb.

Məlumata görə, son bir ay ərzində Sibir Federal Dairəsində ayı hücumları nəticəsində bir neçə nəfər həyatını itirib. Ölüm hallarının dördü Krasnoyarsk diyarında, üçü İrkutsk vilayətində, biri isə Altayda qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada