Yunanıstanda 4,2 bal gücündə zəlzələ baş verib.
News365.az xəbər verir ki, Türkiyənin Kandilli Rəsədxanasının məlumatına görə, yeraltı təkanlar bu gün yerli vaxtla saat 12:55-də qeydə alınıb.
Zəlzələnin ocağı 2,9 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntı və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.