Uzun illərdən sonra efirə qayıdır

Uzun illərdən sonra efirə qayıdır
15:01

Müğənni Elnarə Xəlilovanın həyat yoldaşı, hərbi jurnalist Rövşən Cahangirov uzun fasilədən sonra efirə qayıdır.

News365.az axşam.az-a istinadla xəbər verir ki, Rövşən Cahangirov ARB TV-də efirə çıxacaq. Onun hansı verilişlə efirə qayıdacağı hələ açıqlanmayıb.

Qeyd edək ki, R.Cahangirov illər əvvəl Lider TV-də aparıcılıq edib.

Xatırladaq ki, ötən mövsüm ARB TV-də aparıcılar Zaur Kamal, Xoşqədəm Hidayətqızı və Elgiz Əkbər kanalla yollarını ayırıblar.


Sizin reklam burada
Sizin reklam burada