Səudiyyə Ərəbistanının paytaxtında yenidən partlayışlar olub

Səudiyyə Ərəbistanının paytaxtında yenidən partlayışlar olub
17:41

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir neçə partlayış səsi eşidilib.

News365.az xəbər verir ki, bu barədə hadisə yerində olan “Xinhua” agentliyinin müxbiri məlumat verib.

Bildirilib ki, Kral Xalid Beynəlxalq Hava Limanı istiqamətindən tüstü qalxır. Şahidlər hava limanının yaxınlığında alov və qatı qara tüstü gördüklərini də deyiblər.

Hadisənin səbəbi, mümkün dağıntılar və zərərçəkənlər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.


Sizin reklam burada
Sizin reklam burada