Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı

Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
19:21

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb.

İddiaya görə, hadisə ailə münaqişə zəminində baş verib və 67 yaşlı kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Əməli törətməkdə şübhəli bilinən 61 yaşlı qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.


Sizin reklam burada
Sizin reklam burada