Xəzərdə süni torpaq sahələrinin yaradılması nəyə hesablanıb? - Ekspertdən AÇIQLAMA

Xəzərdə süni torpaq sahələrinin yaradılması nəyə hesablanıb? -  Ekspertdən AÇIQLAMA
17 Apr 2024 09:29

Xəbər verdiyimiz kimi Milli Məclisdə "Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Təklif olunan qanun layihəsi kifayət qədər maraq doğurur.

Mözu ilə bağlı  News365.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı deyiləm:

“Çünki, bu  Xəzər dənizin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaqdır. Qanun layihəsində süni torpaq sahəsinin dövlət mülkiyyəti olacağı və  özgəninkiləşdirilməsinə yol verilməyəcəyi bildirilir. Lakin yaxın keçmişdən başlayaraq Xəzərin sahil xətti boyu müşahidə edilən vəziyyət, bu prosesin sadə insanlar üçün Xəzərin əlçatanlığını daha da çətinləşdirəcəyini deməyə əsas verir.

Qanuna əsasən hüquqi və ya fiziki şəxsin torpaq sahəsində, həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsində inşa etdiyi bina və qurğuların mülkiyyət hüquqları qeydiyyata alınacaq”.

“Yaxşı, bəs onda, Xəzərin sahilinin mülkiyyət hüququ ayrı-ayrı şəxslərə malik  olan bina və digər qurğularla dolması Xəzərin sahil xəttinin faktiki olaraq adi insanlar üçün əlçatmaz etməyəcəkmi?

Digər bir məsələ isə Xəzərin strateji əhəmiyyətidir ki, bir gün elə bir məqam gələcəkdir ki, bu gün qanunla atılmış addımlar və verilmiş mülkiyyət hüquqları gələcəkdə dövlətin maraqları önə çıxdığı zaman mülkiyyət toxunulmazlığına dair problemlər ortaya çıxaracaqdır.

Xəzərlə bağlı görüləcək işlər çoxdur. Məsələn, Xəzərdə qəfəs balıqçılığının inkişaf etdirilməsi üçün qəfəs balıqçılığına dair qanun layihəsi hazırlanması və ya Xəzərə qarşı “Yaşıl Dünya naminə həmrəylik” ilinin fəlsəfəsinə əks olmayan daha önəmli layihələr icra etmək”- deyə ekspert fikirlərini yekunlaşdırıb.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər