Dövlət Neft Fondu bu il üç tona yaxın qızıl alıb

Dövlət Neft Fondu bu il üç tona yaxın qızıl alıb
29 Apr 2024 17:18

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə üç tona yaxın qızıl alıb.

Bu barədə cavab olaraq ARDNF-dən bildirilib. Belə ki, 31 dekabr 2023-cü il tarixinə fondun qızıl ehtiyatı 101,8 ton (3 272 974,8 troya unsiyası) təşkil etdiyi halda aprel ayının 1-nə bu rəqəm 104,6 tona (7 499 milyon dollar) qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehtiyatını son üç ayda 2,8 ton və ya 2,8% artırıb.

Qeyd edək ki, bu ilin ilk rübündə ARDNF-nin investisiya portfelində qızılın payı 13,2% təşkil edib.


Youtube kanalımız

Oxşar xəbərlər