Paytaxtın Pirallahı rayonunda intihar hadisəsi baş verib.
Hadisə dünən saat 19 radələrində Dübəndi bağlar sahəsində yerləşən evdə qeydə alınıb.
Həmin evdə fəhlə işləyən Füzuli rayon sakini 1996-cı il təvəllüdlü Səxavət Həsənli özünü asaraq həyatına son qoyub.
Hadisənin səbəbləri hələlik bilinmir.
Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda araşdırma aparılır.