Qırğızıstanda prezident seçkiləri olacaq

Qırğızıstanda prezident seçkiləri olacaq
12:00

Qırğızıstan parlamenti ölkədə növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsi barədə qərar qəbul edib.

News365.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Məlumata görə, seçki kampaniyası 22 və ya 23 dekabrda başlayacaq:

“Yeni dəyişikliklərə əsasən, əvvəllər məhkum olunmuş və ya cinayət işi reabilitasiyaedici olmayan əsaslarla bağlanmış şəxslər prezidentliyə namizəd ola bilməzlər”.

Qeyd edək ki, əvvəllər məhkumluğu olan şəxslərin seçkilərdə iştirakına icazə verilirdi.



Sizin reklam burada
Sizin reklam burada