Rusiya ordusu fermanı vurdu: 6 ölü, 8 yaralı

Rusiya ordusu fermanı vurdu: 6 ölü, 8 yaralı
14:10

Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Staraya Hnılıtsa kəndində fermaya endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb.


News365.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.


O qeyd edib ki, ölənlərdən 2-si kişi, 4-ü qadındır.


Bundan başqa, hadisə nəticəsində daha 8 nəfər – ferma işçiləri yaralanıb. Onlara zəruri tibbi yardım göstərilir.


Sizin reklam burada
Sizin reklam burada