Hakim Trampın Ağ Evdə media qadağasını bloklayıb

Hakim Trampın Ağ Evdə media qadağasını bloklayıb
10:57

Federal hakim ABŞ Prezidenti Donald Trampın bir sıra media orqanlarının Ağ Evə daxil olmasına qoyduğu qadağanı bloklayıb.

News365.az-ın xəbərinə görə, hakim Tim Keli Trampın tətbiq etdiyi qadağanın konstitusiyaya uyğun olmadığı barədə hökm çıxarıb.

    Tramp administrasiyasına dərhal həmin media qurumlarının Ağ Evə keçid vərəqələrinin qaytarılması və qadağanın tətbiqinin 14 gün müddətinə gecikdirilməsi ilə bağlı qərar qəbul edilib.

    Qeyd edək ki, ABŞ Prezidenti sentyabrın 18-də CNN, MS NOW və “Politico”-nun əməkdaşlarının Ağ Evə daxil olmasına qadağa qoyub.

    Bundan sonra adıçəkilən qurumlar Trampı məhkəməyə verib.


    Sizin reklam burada
    Sizin reklam burada