Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib.
News365.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Nazir Azərbaycana nə qədər məhsul ixrac edildiyini dəqiqləşdirməyib.
Azərbaycana başqa məhsulların ixracının planlaşdırılıb-planlaşdırılmadığı soruşulduqda, Gevorq Papoyan qısa cavab verib: “Görək”.