Vergi orqanlarına bildirilməli olan icazələrin siyahısında dəyişiklik edilib

Vergi orqanlarına bildirilməli olan icazələrin siyahısında dəyişiklik edilib
17:40

Nazirlər Kabineti 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı ilə təsdiq edilmiş "Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı"nda dəyişiklik edib.

News365.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara görə, artıq yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə deyil, qazın saxlanmasına icazə ilə bağlı məlumatlar da vergi orqanlarına göndərilməlidir.


Sizin reklam burada
Sizin reklam burada