Bu gün və sabah bu yollardan istifadə edin

Bu gün və sabah bu yollardan istifadə edin
14:55

Bu gün İlaxır çərşənbədir. Bununla bağlı bu gün və sabah paytaxtda hərəkətin intensiv olacağı gözlənilir. Təbii ki, bu da yollarda uzunmüddətli tıxaclara səbəb olacaq.

Bəs, nə etməli?

Məsələ ilə bağlı fikirlərini News365.azla bölüşən nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib ki, 17 -18 mart tarixlərində Bakı şəhəri ərazisində sıxlıqların olacağını proqnazlaşdırıram:

“Alternativ yol və ya yollar olaraq Sumqayıt şəhəri üzrə Böyükşor -Pirşağı-Sumqayıt istiqamətini seçmək məqsədə uyğundur.9 km əlavə yol sürmək olar txacda qalmaqdan üstündür. Xırdalan Masazır  Sulutəpə ərazisinə getmək üçün Azadlıq prospekti-Binəqədi yolundan istifadə etmək. Cənub istiqaməti üzrə Bakı dairəvi yoldan Biləcəri,Yasamal,Badamdar istifadə etmək məqsədə uyğun olar. Qarşıdan gələn Ramazan və Novruz bayramlarımız mübarək”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada