Sərin iqlimdə tətil: Yay tətili üçün dünyanın ən yaxşı 10 məkanı

Sərin iqlimdə tətil: Yay tətili üçün dünyanın ən yaxşı 10 məkanı
13:44

Cənubi Avropada yay ayları getdikcə dözülməz isti olarkən, turistlər yay tətili üçün sərin yerlər axtarır. Bu kontekstdə 2026-cı ildə dünyanın ən yaxşı sərin yay istiqaməti Qrenlandiyanın paytaxtı - Nuuq şəhəri seçilib. Nuuqda 20 mindən az əhali yaşayır.

Bu barədə "Time Out" jurnalı yazıb.

"Inghams Walking" saytı tərəfindən aparılan araşdırmada “sərin iqlimdə tətil” axtarışlarının 2024-cü ildən etibarən 3 500% artması nəzərə alınıb. Üzərindən 200-dən çox sərin iqlimli istiqamət analiz edilib və yay istilərindən qaçmaq üçün ən yaxşı məkanlar müəyyənləşdirilib.

Nəticələrə görə, Nuuqda son il ərzində axtarışların sayı 48,39% artıb. Bu uzaq və gözəl adalı regiona maraq 2025-ci ildə şəhərin öz hava limanının açılması ilə daha da artıb.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı Danimarkadan almaq planları turistləri qorxuda bilməyib.

2026-cı ildə sərin yay tətili üçün dünyanın ilk 10 istiqaməti:

1. Nuuq, Qrenlandiya
2. Le Kontamin-Monjua, Fransa
3. Beara yarımadası, İrlandiya
4. Yotunheymin Milli Parkı, Norveç
5. Tasiilaq, Qrenlandiya
6. Voss, Norveç
7. Bohinç gölü, Sloveniya
8. Leh, Avstriya
9. Dolomit Alpları, İtaliya
10. Arinsal, Andorra


Sizin reklam burada
Sizin reklam burada