Milyonlarla “iPhone” risk altında

Milyonlarla “iPhone” risk altında
17:25

Tədqiqatçılar iPhone istifadəçilərini hədəf alan “DarkSword” adlı çox mürəkkəb kiberhücum zənciri aşkar ediblər.

News365.az xəbər verir ki, hakerlər kiber hüçüm nəticəsində “iPhone” istifadəçilərinin məlumatlarını oğurlayır. Artıq bir neçə nəfər hakerlərin qurbanı olub. Əsasən iOS 18.4 - 18.6.2 ilə işləyən cihazlar hədəfə alınır. Oğurlanan məlumatlar içində mesajlar, şəkillər, bank kartları və kripto cüzdan məlumatları var.

Müxttəsislər qeyd edir ki, son dərəcə diqqətli olmaq lazımdır, çünki kiber hücüm nəticəsində cihazdan məlumatları çıxardıqdan sonra özünü silən proqramı müəyyən etmək mümkün olmur. İstifadəçilərə güvənmədikləri proqramları yükləməmək tövsiyə edilir. Təşkilatlar və istifadəçilərin öz cihazlarını ən azı iOS 18.7.3 və ya iOS 26.3-ə yeniləməli olduqları bildirilir.


Sizin reklam burada
Sizin reklam burada