Hikmət Hacıyev: "Azərbaycanın NB8 ölkələri ilə siyasi dialoqunun inkişafı davam edir" - FOTO

Hikmət Hacıyev: "Azərbaycanın NB8 ölkələri ilə siyasi dialoqunun inkişafı davam edir" - FOTO
17:35

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Skandinaviya və Baltikyanı ölkələrin siyasi nümayəndələri ilə görüşüb.

News365.az-ın xəbərinə görə, bu barədə Hikmət Hacıyev öz "X" hesabında paylaşım edib.

O, paylaşımında bu gün Bakıda keçirilən danışıqları səmərəli adlandırıb.

"Mən Skandinaviya və Baltikyanı ölkələrdən - NB8-dən (Şimali-Baltik Səkkizi, NB8) olan siyasi direktorlarla səmərəli fikir mübadiləsi apardım. Bu, NB8-in artıq Azərbaycana ikinci belə səfəridir və biz məmnunuq ki, NB8 və Azərbaycan arasında siyasi dialoq və məsləhətləşmələrin inkişafı davam edir", - deyə o bildirib.


Sizin reklam burada
Sizin reklam burada