AAYDA-də kimlər gəlib, kimlər gedib?- SİYAHI

AAYDA-də kimlər gəlib, kimlər gedib?- SİYAHI
10:07

 

Xəbər verdiyimiz kimi fevral ayının 6-da Respublika Prezidentin sərəncamı ilə Vüsal Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin olunub.

Təyinatdan az sonra mətbuatda AAYDA-da kütləvi ixtisarların başladığı barədə məlumatlar yayıldı. Lakin məlumatlar rəsmi şəkildə təkzib edildi.

Daha sonra İdarə Heyətinin sədrinin 2 müavini- Əvəz Qocayev və Hüsnü Quliyevin vəzifədən azad olunduğu yazıldı.

Təbii ki, bu məlumat da öz təsdiqini tapmadı.

Qeyd edək ki, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sabiq sədr müavini Zaur Kamal oğlu İbrahimovun AAYDA İdarə Heyəti sədrinin müavini təyin edilməsi barədə xəbər yayılmışdı.

Bu xəbər də rəsmi təsdiqini tapmadı.

Nəzərə alaq ki, AAYDA-nin ali orqanlarına təyinatlar Respublika Prezidentinin müvafiq sərəncamı ilə təyin olunur. Və Ölkə Başçısının bu sahədə yalnız bir sərəncamı olub. O da Vüsal Nəsirlinin İdarə Heyətinə sədr təyin edilməsi ilə bağlı.

AAYDA-nın rəsmi internet səhifəsinə baxarkən aydın olur ki, hazırda İdarə Heyəti sədrinin 3 müavini var. Bunlar Əvəz Qocayev, Hüsnü Quliyev və Əli Hacıyevdir.

Bu da o deməkdir ki, Vüsal Nəsirlinin gəlişindən sonra AAYDA-da heç bir sədr müavini vəzifəsini itirməyib.

Hətta Aparat rəhbəri İlqar Əhmədov da bu vəzifəyə 2021-ci ildə təyin olunub.

Bu da o deməkdir ki, AAYDA-da əsaslı kadr dəyişikliyi hələ baş verməyib.

Bəs, kimlər yeni vəzifəyə təyinat alıb?

Rəsmi təsdiqini tapmış iki şəxs AAYDA İdarə Heyəti sədrinin müşaviri təyin olunub. Bunlar Loğman Məmiyev və Zaur İbrahimovdur.

Bu təyinat hesabına sabiq müşavirlər Əflatun Qasımov və Tarıyel Həsənov öz vəzifələrini itiriblər.

Sonda onu da qeyd edək ki, əldə etdiyimiz məlumata görə Loğman Məmiyev və Zaur İbrahimov yaxın zamanlarda İdarə Heyəti sədrinə müavin təyin olunacaqlar.

News365.az


Sizin reklam burada
Sizin reklam burada