“Araz supermarket” MMC növbəti dəfə
cərimələnib.
Bu dəfə şirkətə qarşı cəriməni Azərbaycan Respublikasının
Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tətbiq edib.
Belə ki, 2026-cı illin
yanvar-fevral aylarında Araz supermarket MMC-də yoxlama aparılıb. Yoxlama
zamanı bəlli olub ki, super marketdə bəzi qida məhsulları üzərində yazılan
qiymətdən daha baha satılır. Buna görə super market haqqında inzibati xəta
protokolu tərtib edilib.
Bu hal istehlakçıların hüquqlarının
qorunması haqqında qanunun 13-cü maddəsinin pozulması sayılır. Qanuna görə, mal
satan və ya xidmət göstərən şəxslər istehlakçıları aldadsa, məsələn məhsulun
çəlkisi, ölçüsü, keyfiyyəti və ya qiyməti fərqlidirsə, onlar cərimə olunurlar.
Hüquqi şəxslər üçün bu cərimə 4 min manatdan 6 min manata qədərdir.
Nəzərə alaq ki, “Araz supermarket”dən
şikayətlər son vaxtlar hədsiz dərəcədə çoxdur. Şikayətlərsə əsasən vitrindəki
qiymətlə, kassadakı qiymətlər arasındakı böyük fərqlərdəndir.
Bundan əlavə, vaxtı keçmiş
məhsulların saxta yarlıqlarla yenidən dövriyyəyə buraxılması ilə bağlı da “Araz
supermarket”dən şikayətlər var.
Lakin, artan şikayətlərlər fonunda tətbiq
edilən cüzi cərimələr “Araz supermarket” i “yolundan” sapdırmır. Ona görə də
müvafiq dövlət qurumları bu şirkətə qarşı qəti və daha sərt addımlar atmalıdır.
News365.az