Venesueladakı zəlzələdən sonra kütləvi OĞURLUQ

Venesueladakı zəlzələdən sonra kütləvi OĞURLUQ
14:34

Venesuelada ard-arda baş verən güclü zəlzələlərdən sonra dağıntılar altında axtarış-xilasetmə işləri davam etdiyi vaxt bəzi ərazilərdə oğurluq hadisələri qeydə alınıb.

"El Nacional" mediasının məlumatına görə, zəlzələlərin yaratdığı xaosdan istifadə edən çoxsaylı şəxs La Guaira və Katia La Mar şəhərlərində zərər görmüş supermarket, aptek və mağazalara daxil olaraq müxtəlif məhsulları oğurlayıblar.
 

İspaniyanın EFE agentliyinin yaydığı görüntülərdə insanların kütləvi şəkildə supermarket və apteklərə axışdığı, mağaza rəflərinin qısa müddətdə boşaldığı əks olunub. Bildirilir ki, oğurlanan əşyalar arasında ərzaq, dərman və içkilərlə yanaşı, televizor, paltaryuyan maşın və kondisioner kimi məişət texnikası da olub.


Məlumata görə, "Farmatodo" apteklər şəbəkəsinin Katia La Mar şəhərində yerləşən filialı ən çox zərər görən obyektlərdən biri olub. Kütləvi girişdən sonra aptekin rəfləri tamamilə boşalıb.

Hadisə şahidlərindən biri bildirib ki, insanlar qəfil qəlyanaltı və içkilərin olduğu vitrinləri sındırmağa başlayıblar.

Asayişi bərpa etmək üçün paytaxt magistral yollarda polis qüvvələri yerləşdirilib. Bununla belə, bölgədə təhlükəsizlik tədbirlərinin yetərsiz olduğu qeyd edilir.


Sizin reklam burada
Sizin reklam burada