Venediktov İrəvanda sayıqlayıb

Venediktov İrəvanda sayıqlayıb
09:39
“Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov İrəvanda sayıqlayıb:
“Əgər Qarbağ müharibəsinin bitdiyini hesab edirsinizsə, səhv edirsiniz, çünki müharibə beyinlərdə qalır! Moskva hər zaman erməniləri özünə daha yaxın hesab edib ”.
Yadıma ABŞ-ın keçmiş prezidenti Bill Klintonun Venediktovla əhvalatı düşdü. Bu rus şovinist tipi yazır: "Prezident Klinton "Exo Moskvı"nın redaksiyasına gələndə çox yorğun görünürdü. Putinlə 4 saatlıq danışıq və bir saatlıq mətbuat konfransı onu yormuşdu. Həm də möhkəm acmıdı. Klintonun sözlərinə görə səhər tezdən bir şüşə koka-kola içmişdi və yemək istəyirdi. Mənim raketlərə dair sualıma o qədər uzun - uzadı cavab verdi ki, onu dayandırmaq qərarına gəldim. Necə dayandırım? 18 kamera onun hərəkətlərini anbaan izləyirdi. Mexaniki olaraq stolun altından onun ayağına bir təpik vurdum. İnsafən dayandı. Mən sakit tərzdə növbəti sualın konstruksiyasını düşünən zaman cavabımı artıqlaması ilə aldım. Klinton gərək ki, yaxşı timsah dərisindən tikilmiş ayaqqabısı ilə topuğuma güclü bir təpik vurdu. İki gün axsadım. Ayaqqabısının yaxşı olmasını topuğumun sınığından hiss etdim".
Yəni bu Venediktov indinin tərbiyəsizi deyil...
Etibar Əliyev, ekspert

Sizin reklam burada
Sizin reklam burada