Vəfa Famildən ayrıldı: “10 ildə 10 kişi ilə...” - VİDEO

Vəfa Famildən ayrıldı: “10 ildə 10 kişi ilə...” - VİDEO
10:40

Müğənni Vəfa Şərifova iş adamı həyat yoldaşı Famil Xəlilovdan ayrılıb.

News365.az xəbər verir  ki, o bu haqda sosial media hesabında paylaşıb. İfaçı övladlarının şəxsiyyət vəsiqəsini də paylaşaraq uşaqlarının həmin şəxsdən olduğunu sübut edib:

“Məcbur olub övladlarımın sənədini paylaşdım. Çünki bilirsiniz ki, mən illərdir ki, ədəbsiz, mənliksiz bir adamla mübarizə aparıram. Ona görə paylaşdım ki, sübut olsun, bəlkə səslərini kəsərlər.

Mən hansınızın ərini tanıyıram ki, siz mənim ərimi tanımaq istəyirsiniz? Əl çəkin məndən və övladlarımdan! Onlar uşaqdır. Siz mənim ərimi yaxşı tanıyırsınız. Davanız da o davadır.

Mən 10 ildir ki, bir kişiyiləyəm, məni onunla vurursunuz. Amma bu 10 ildə siz 10 kişi ilə olmusunuz.

Amma sizə gözəl bir xəbərim var. Famillə bir ildir ki, ayrılmışam. Onu sizinlə baş-başa buraxıram. Əl çəkin məndə də, övladlarımdan da uzaq durun!  O Famil, o da siz!

Bir də diqqətinizə bir şeyi çatdırım ki, sənəddə Famil bəyin əsl adı Veyisdir. Və məni elə sizin kimi ədəbsiz, əxlaqsız qadınların ayağına verdiyi üçün ondan ayrılmışam. İnsan olaraq çox böyük hörmətim var, uşaqlarımın atasıdır, hər zaman da hörmətini saxlayacağam. Artıq məndən əl çəkin davalarınızı onun həyatına bundan sonra kim girəcəksə onunla edərsiniz!  Halal-haram xoşunuz olsun. Onu sizə verirəm!”

Əsmətxanım



Sizin reklam burada
Sizin reklam burada