Mətbuat Şurasında yeni Kordinasiya Mərkəzi yaradılıb- FOTO

Mətbuat Şurasında yeni Kordinasiya Mərkəzi yaradılıb- FOTO
10:53

Azərbaycanda Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzi yaradılıb.

Bu barədə News365.az-a Mətbuat Şurasından məlumat verilib.

Məlumatda deyilir ki, bu barədə Mətbuat Şurasının idarə heyətinin 2025-cidə keçirilən son iclasında qərar verilib.

Qərara əsasən Şuranın nəzdində fəaliyyət göstərəcək Mərkəzin yaradılması ölkəmizdə jurnalistika sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının işinin təkmilləşdirilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və birgə koordinasiyasının təmin edilməsi məqsədi daşıyır.

Qurumun əsas hədəfləri sırasında sahə üzrə aktivliyin artırılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və mövcud resursların daha əlçatan olması üçün zəruri addımların atılmasıdır.

Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinə Ayaz Mirzəyev rəhbər seçilib.

 


Sizin reklam burada
Sizin reklam burada