Milli Məclis bəyanat yaydı.
Bəyanatı Milli Məclisin spikeri Sahibə Qafarova yayıb.
Qeyd edək ki, bəyanata səbəb Avropa Parlamenti Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə səbəb olub.
Sahibə Qafarova qeyd edib ki, ölkəmizə qarşı yönəlmiş qərəzli gündəmlər və əsassız ittihamlar üzərində qurulan daha bir *ədalətsiz qətnamə* qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, Avropa Parlamenti bu addımı ilə *Azərbaycanla bağlı obyektivlikdən uzaq, beynəlxalq hüququn əsas prinsiplərinə zidd* olan yanlış və qeyri-konstruktiv yanaşma praktikasını davam etdirmişdir.
"Bu qətnamə, *Avropa Parlamentinin dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmama prinsiplərinə* açıq şəkildə etinasız münasibətini ortaya qoyur. Sənəddə yer alan “siyasi məhbuslar”, “siyasi təqiblər”, “akademik azadlıqların pozulması” və “mədəni hüquqların məhdudlaşdırılması” kimi ifadələr əsassız və qərəzlidir. Bu kimi *ittihamları qətiyyətlə rədd edirik".*
"*Mövcud reallıqların nəzərə alınmadığı birtərəfli qərarların “təhsil” və ya “hüquq müdafiəsi” adı altında qəbul olunması*, nə demokratik inkişafın təbliğinə, nə də insan hüquqlarının qorunmasına xidmət edir. Bu cür *ucuz və qərəzli yanaşmalar*, bərabər hüquqlu tərəfdaşlığa və konstruktiv dialoqa ciddi zərbə vurur.
Azərbaycan, insan hüquqları sahəsində beynəlxalq təşəbbüslərin fəal iştirakçısıdır və üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirir. Bununla belə, *ölkəmizlə münasibətləri əsassız və birtərəfli tələblərlə şərtləndirmək cəhdlərini qəbul edə bilmərik.*
Dövlətimiz beynəlxalq qurumlarla *qarşılıqlı hörmət, bərabərlik və ikili standartlara yol verilməməsi prinsipi əsasında əməkdaşlığa açıqdır.* Lakin *heç bir qurumun Azərbaycanla təzyiq dili ilə danışmaq hüququ yoxdur". - deyə spiker qeyd edib.