Ukraynaya məşhur raketlərin istehsal sirri veriləcək

Ukraynaya məşhur raketlərin istehsal sirri veriləcək
15:02

Böyük Britaniya Ukraynaya SCALP/Storm Shadow raketlərinin istehsalına icazə verəcək.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham Kiyevə səfəri zamanı Ukraynaya SCALP/Storm Shadow raketlərinin istehsalı üçün zəruri məxfi məlumatların veriləcəyini açıqlayıb.

Börnhamın sözlərinə görə, bu məlumatlar Ukraynaya raketlərin istehsalını ölkə daxilində həyata keçirməyə imkan verəcək.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron da daha əvvəl Ukraynaya raket istehsalı ilə bağlı texnoloji dəstək göstərilməsi barədə oxşar açıqlama vermişdi.

Bu addım Ukraynanın uzaqmənzilli zərbə imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. SCALP və Storm Shadow raketləri uzaqmənzilli yüksək dəqiqlikli zərbə vasitələri kimi Ukraynanın arsenalında istifadə olunur.

Bəzi şərhlərdə isə Avropa ölkələrinin bu mexanizmdən istifadə etməklə Ukraynaya verilən raketlərin mənşəyi ilə bağlı məsuliyyəti azaltmağa çalışa biləcəyi iddia edilir. Lakin raketlərin konkret olaraq Ukraynada istehsal ediləcəyinə dair açıqlanan məlumatlar onların bütün komponentlərinin ölkə daxilində hazırlanacağını təsdiqləmir.


Sizin reklam burada
Sizin reklam burada